Korrupsiyanın mənbəyi ABŞ-dadır

Korrupsiyanın mənbəyi ABŞ-dadır
  30 Aprel 2013    Oxunub:1396
Biz buna “qarabasma pul” deyirdik, gizlincə gəlib, gizlincə gedirdi"
Əfqanıstan prezidenti Həmid Kərzaiyə Amerikanın gizli təşkilatı “CIA” tərəfindən illərlə milyon dollarların ödənildiyi ortaya çıxıb.

Belə ki, “Nyu York Times” qəzetinin yazdığına görə, təşkilat Əfqanıstanda söz haqqına sahib olmaq üçün, dövlət başçısının hesabına son 10 il ərzində nağd pullar köçürüb.

Bu əməliyyatın “Kərzainin ölkə vətəndaşları üzərində söz sahibi olması" niyyəti altında həyata keçirildiyi bildirilib.

Xəbərdə həmçinin, Kərzainin cari və keçmişdəki məsləhətçilərinin də adı hallanır.

Lakin bildirilir ki, pul haqq-hesabları nəticəsində “xəyal belə edilməyəcək milyonlar” vəzifəli şəxsləri bir-birinə qarşı qoyub və savaş dönəminə gətirib çıxarıb.

Belə ki, həmin dollarlar dövlət başçısının adı ilə Milli Təhlükəsizlik Şurasına ödənilib və pulun böyük qismi narkotik ticarətiylə məşğul olan və hətta Talibanla əlaqəsi olan kəslərin hesabına köçürülüb.

2002-2005-ci illər arasında Kərzainin yaxınlarından olan Halil Roman, "Biz buna “qarabasma pul” deyirdik, gizlicə gəlib, gizlicə gedirdi" şəklində açıqlama da verib.

Qeyd edək ki, səlahiyyətlilər bütün bu ödənişlərin Amerikada heç bir qanun pozuntusuna yol vermədiyini, lakin Əfqanıstanda ən böyük korrupsiya mənbəyinin ABŞ olduğunu iddia edir.

Mirvari



Teqlər:  





Xəbər lenti