Yunanıstan Qarabağa sülh istəyir

Yunanıstan Qarabağa sülh istəyir
  01 May 2013    Oxunub:1145
Dmitris Avramopulos: “Qarabağ münaqişəsinin sülh yolu ilə həlli regionun inkişafına böyük töhfə verəcək”
Yunanıstanın xarici işlər nazirinin sözlərinə görə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Yunanıstanın xarici siyasətinin prioritet məsələlərindən biridir.

“Biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Bütün problemlərin danışıqlar yolu ilə həlli vacibdir. Rəsmi Afina Qarabağ məsələsinin ən qısa zamanda həlli üçün səylərini əsirgəməyəcək. Bu istiqamətdə müəyyən işlər həyata keçirmək lazımdır, yavaş-yavaş məqsədyönlü addımlar atmaq lazımdır. Qarabağ münaqişəsinin sülh yolu ilə həlli regionun inkişafına böyük töhfə verəcək”-deyə D. Avramopulos bəyan edib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti