Saakaşvilinin 1 may arzusu gözündə qaldı

Saakaşvilinin 1 may arzusu gözündə qaldı
  01 May 2013    Oxunub:1862
Gürcüstan hökuməti ölkə prezidentinə ənənəvi parad keçirməyə icazə verməyib
Gürcüstan prezidenti Mixeil Saakaşviliyə ölkənin müstəqillik günü olan 26 mayda ənənəvi parad keçirməyə hökumət icazə verməyib. Mixeil Saakaşvili isə bundan qəzəblənib. O, bildirib ki, ənənəvi paradın digər tədbirlərlə əvəz olunması qəbuledilməzdir.

Çunki müstəqilliyin əsas qarantı olan silahlı qüvvələrdir. Onlar hər zaman azadlığa, müstəqilliyə və birliyə xidmət ediblər. Gürcüstanın dövlət başçısı hökumətin siyasi motivli bu qərarına görə təəssüfləndiyini bildirərək, paradı ildə bir dəfə xalqın orduya minnətdarlıq etmək imkanı adlandırıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti