Leyla Əliyeva: “O, dünyaya nə üçün gəldiyini bilir”

Leyla Əliyeva: “O, dünyaya nə üçün gəldiyini bilir”
  20 Oktyabr 2014    Oxunub:3043
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında öz fikirləri ilə bölüşüb.
AzVision.az həmin mətni sizə təqdim edir:

“Mənim üçün jurnalın bu nömrəsi ən vacib, xoş və məsuliyyətli nömrədir. O, Azərbaycanın birinci xanımı, dünyanın ən gözəl qadını, mənim anam və dostuma həsr olunub. Mən ona qarşı səmimi hisslərimi ifadə etmək çətindir: Böyük sevgi, hörmət və heyranlıq.

Onun qızı olduğu üçün həmişə fəxr etmişəm.

Bütün dünya onu gözəl və zərif qadın kimi tanıyır. Onun özü tərəfindən yaratdığı təkrarolunmaz tərzi var və bu tərz mənə və mənim bacıma, həmçinin həqiqi gözəlliyi, fərdiliyi və nəfisliyi qiymətləndirən qadınlara böyük təsir edib. Ancaq onun qüsursuzluğu özünü yalnız geyim anlamında göstərmir. Səmimililik və başqasının dərdinə şərik olmaq hissi olmadan müdrik ola bilmərsən. Böyük enerji ilə öz iri miqyaslı layihələrini həyata keçirərək o insanları hiss edir və ona ehtiyacı olan şəxslərin dərdinə şərik çıxmağı dayandırmır. O, bu dünyanı daha da gözəlləşdirir.

O, qətiyyətli, qorxmaz və yorulmazdı... bir çox hallarda bu sıra “cəsarətli” sözü ilə də davam edir. Ancaq o əsl zəriflik təcəssümüdür. Özümü xatırladığım vaxtlardan etibarən anam həmişə ən kritik vaxtlarda belə özünün olması faktı ilə dinclik və nizam hissi gətirirdi.

O, dünyaya nə üçün gəldiyini həmişə əminliklə bilir və bunu həyata keçirməyə də hazırdır. Mən hesab edirəm ki, Allah onu bu dünyaya missiya (bizim planetimizdə xeyirxahlığı saxlamaq) yerinə yetirməyə göndərib.

Hər birimiz öz anamızı sevirik. Bu çox özəl, heç nə ilə müqayisə edilməyən hissdir. Bu sevgi – yaşından asılı olmayaraq övlad üçün sonsuz güc mənbəyidir. Lakin bəzən ana sevgisi ailə sərhədlərini aşa və öz gücü ilə bütün ölkənin həyatını dəyişə bilər. Azərbaycanın birinci xanımının yaxşı işlər axınında hər kəs müəyyən hissə - böyük və balaca hissələri görür. Lakin birlikdə onlar bizim həyatı dəyişir, birlikdə onlar Bakını dünyanın ən mədəni paytaxtlardan birinə çevirir.

Bu gün, uşaqlıq illərində olduğu kimi o mənim üçün dünyada ən sevimli və gözəl insanı olaraq qalır. Yubileyin mübarək, Ana!” – deyə, Leyla Əliyeva qeyd edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti