Zülfiyyə Xanbabayeva da girovlara azadlıq istədi

Zülfiyyə Xanbabayeva da girovlara azadlıq istədi
  23 Oktyabr 2014    Oxunub:5557
Xalq artist Zülfiyyə Xanbabayeva da Kəlbəcər girovlarına azadlıq tələbilə keçirilən kampaniyaya qoşulub.

“Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlıların azad olunması tələbilə sosial şəbəkələrdə 5 dildə virtual kampaniya başlandığını gördüm. Vətənini sevən bir Azərbaycan vətəndaşı kimi bu, mənim ürəyimdən xəbər verdi və bu mühüm kampaniyaya qoşulmağı özümə borc bildim. Butun dostlarımı girovlarımızın azad olunması üçün bu kampaniyaya qoşulmağa və bu ədalətsizliyi bütün dünyaya çatdırmağa çağırıram”,- deyə müğənni özünün facebook səhifəsində yazıb.

Qeyd edək ki, virtual kampaniya bu haştaqlarda aparılır:

#‎SaveAzeHostages‬
#‎GirovlarimiziAzadEt‬
#‎CпасемAzeЗаложников‬
‪#‎SauverLesOtagesAze‬
#‎Փրկենքադրգերիներին‬

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və azərbaycanlı girovlara azadlıq məqsədlə yaradılmış Event isə budur: https://www.facebook.com/events/303922283130654

AzVision.az digər sənət adamlarımızı, eləcə də hər kəsi bu vətənpərvər kampaniyaya qoşulmağa çağırır!





Teqlər:  





Xəbər lenti