Avropa filmlərinə pulsuz baxacağıq-Festival başladı

Avropa filmlərinə pulsuz baxacağıq-Festival başladı
  30 Oktyabr 2014    Oxunub:1822
Avropa İttifaqı Nümayəndəliyi, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanda təmsil olunan səfirlikləri "Park Cinema" ilə birlikdə Bakıda 2014-cü il 5-ci Avropa Film Festivalı keçirəcək.
AzVision.az xəbər verir ki, bu gün açılışı keçirilən festivalda Aİ üzvü olan 16 ölkənin (Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumınya, İspaniya, İsveç, Birləşmiş Krallıq və Azərbaycan) filmləri nümayiş etdiriləcək.

Bu ilki festivalda yenilik odur ki, festivalın son günündə "ən yaxşı xarici film" nominasiyasında Oskara namizəd göstərilmiş Azərbaycan filmi "Nabat" nümayiş olunacaq.

Oktyabrın 30-dan noyabrın 9-a qədər davam edəcək festivalda filmlər həftəiçi gün ərzində iki sessiya (16:00 və 18:00) və həftəsonu bir sessiya nümayiş etdiriləcək.

Bütün filmlərə giriş pulsuzdur.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti