Çingiz Abdullayeva fəxri ad verildi

Çingiz Abdullayeva fəxri ad verildi
  03 Noyabr 2014    Oxunub:2525
Dünya şöhrətli Azərbaycan yazıçısı Çingiz Abdullayevin Bolqarıstanın Kitabxana Araşdırmaları və İnformasiya Texnologiyaları universitetinin fəxri doktoru adına layiq görülməsi ilə bağlı təntənəli mərasim keçirilib.
AzVision.az -ın AzərTac-a istinadən verdiyi məlumata görə, tədbirdə Bolqarıstanın vitse-prezidenti Marqarita Popova, xarici İşlər və mədəniyyət nazirlərinin müavinləri, Prezident Administrasiyasının məsul işçiləri, Bolqarıstanda akkreditə olunmuş səfirlər, digər rəsmi şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Stoyan Dençev Çingiz Abdullayevin iki yüzə yaxın əsərinin bir çox xarici dilə tərcümə olunması, 26 milyon nüsxə tirajla dünyanın bir çox ölkələrində, o cümlədən Bolqarıstanda çap edilməsi, kitablarının geniş oxucu kütləsi tərəfindən sevilməsi barədə ətraflı məlumat verib.

Daha sonra rektor Çingiz Abdullayevə fəxri doktor diploma və mantiya təqdim edib.

Çingiz Abdullayev yüksək fəxri ada layiq görülməsinə görə ali təhsil ocağının professor-müəllim heyətinə, bu qərarın təşəbbüskarlarına təşəkkürünü bildirib, müasir dünyada ədəbiyyatın rolu, həmçinin Azərbaycan mədəniyyəti və ədəbiyyatı haqqında ətraflı söhbət açıb.

Mərasimin sonunda Çingiz Abdullayevin müxtəlif dillərdə nəşr olunmuş kitabları müəllifin xatirə yazısı ilə iştirakçılara hədiyyə edilib.


Teqlər:  





Xəbər lenti