Kanadalı səfirimiz neft danışıqları aparıb
Alberta əyalətinin kənd təsərrüfatı naziri Verlin Olson və beynəlxalq və hökumətlərarası əlaqələr naziri Kel Dallasla keçirilmiş görüşlərdə Azərbaycan və Alberta arasında ikitərəfli münasibətlərin hazırkı durumu və inkişaf perspektivləri, neft-qaz sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycan səfiri, həmçinin Devonda yerləşən "Canmet Enerji Texnologiyası Mərkəzi"ni ziyarət edərək, Kanadanın enerji texnologiyaları sahəsində aparıcı elmi tədqiqat müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olmuş və mərkəzin rəhbərliyi ilə bu təsisat və Azərbaycanın elmi tədqiqat institutları arasında tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıb.
Eyni zamanda Kanadanın aparıcı ali təhsil müəssisələrindən biri olan Alberta Universitetinin Mühəndislik və Bioloji Elmlər fakültələrində görüşlər keçirilib və Alberta Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq yolları, xüsusilə də tələbə və müəllim heyətinin mübadiləsi məsələləri araşdırılıb.
(trend)
Teqlər: