“Bədənimi hiss etmirəm...” – Xalq artisti

“Bədənimi hiss etmirəm...” – Xalq artisti
  11 Noyabr 2014    Oxunub:2431
“Oğlumun ölümündən sonra güclü stress keçirdim”.
Bunu AzVision.az- a açıqlamasında Xalq artisti Nuriyyə Əhmədova bildirib.

Güclü ayaq ağrılarının olduğunu deyən aktrisa hazırda müalicəsini ev şəraitində davam etdirdiyini deyib.

“İynələrin yeri məni öldürür. Hamısı əsəblərimə toxunur. İndi bədənimi hiss etmirəm. Oturandan sonra bir saat ayaq üstə dayanıram ki, gəzə bilim. Həkim də deyir ki, Nuriyyə xanım, çalışın çox gəzin, çox gəzəndə də ayaqlarım ağrıyır. Yıxılandan sonra ayaqlarım belə oldu. Ya iynələri düz vurmadılar, ya da mən hərəkətdə olmamışam.

Oğlumun ölümündən sonra güclü stress keçirdim deyə tamam ayaqlarım tutuldu. Həkim dedi ki, yeriməsəm, yatağa düşsəm, iraq olsun, onunla da yeriməyə həsrət qalacam. Ona görə də bir təhər də olsa axsaya-axsaya durub gəzirəm. Adam içinə çıxıram. Fizoterapeyanı evdə götürürəm. Ayaqlarımı masaj edirlər.

Hazırda bacımgildəyəm. Bu ağrılar olmalıdır da, uca Allah məni ölümdən qaytarıb. Bu ilin dekabrın 26-da 64 yaşım olacaq. O vaxta qədər yaşasam deməli mənə zaval yoxdur”.

Xatırladaq ki, Nuriyyə Əhmədovanın oğlu 37 yaşlı Əli İslamzadə 4 sentyabr 2014-cü ildə xəstəlikdən dünyasını dəyişib.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti