Çağan Irmakın filmi Bakıda

Çağan Irmakın filmi Bakıda
  14 Noyabr 2014    Oxunub:1960
Xəbər verdiyimiz kimi noyabrın 17-də Nizami Kino Mərkəzində “Unutursam fısılda” filminin qala–gecəsi keçiriləcək.
Mərkəzin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, tədbirlə bağlı bütün təşkilatı işlər və hazırlıqlar bitib.

Türkiyənin məşhur “Taff Pictures” studiyasında, dram janrında xüsusi imzası olan mahir rejissor Çağan Irmakın lentə aldığı bu film, qurduqları xəyalların dalınca qəsəbədən İstanbula qaçan Ayperi və gənc musiqiçi Tarıkın həyat yolundan bəhs edir.

Ayperinin cavanlıq illərini bacarıqlı aktrisa Farah Zeynep Abdullah, Tarıkı Mehmet Günsür, Erhanı isə Kerem Bursin oynayıb. Qala–gecəsində rejissor Çağan Irmak, baş qəhrəmanları canlandıran aktyorlar və digər sənətçilər iştirak edəcəklər.

Filmi izlədikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti