Ancelina Coli kinodan gedir

Ancelina Coli kinodan gedir
  23 Noyabr 2014    Oxunub:1952
Ancelina Coli aktrisa karyerasına son qoyaraq, rejissorluğa başlamaq niyyətindədir. AzVision.az xəbər verir ki, bu barədə aktrisanın özü `Variety` jurnalına açıqlama verib.

Coli bildirib ki, əslində kinoda çəkilmək heç vaxt onun xoşuna gəlməyib. “Kamera qarşısında narahatlıq keçirirəm. Kino çəkəndə isə daha rahat oluram. Kameranı başqasının üzərinə tuşlamaq gözəl hissdir”,- deyən Coli bildirib ki, son illərdə üzərində işlədiyi bir neçə obraz var. Onları canlandırandan sonra kinodan birdəfəlik gedəcək.

Qeyd edək ki,Hazırda Ancelina özü və əri Bred Pittin baş rollarda oynadığı “Sahildə” (By the Sea) adlı film çəkir. Bu, onun rejissor kimi ikinci işidir.

Tariyel
AzVsion.az




Teqlər:  





Xəbər lenti