Peterburqdakı soydaşlarımızdan Söyün Sadıqova sərt cavab

Peterburqdakı soydaşlarımızdan Söyün Sadıqova sərt cavab
  06 May 2013    Oxunub:1939
Azərbaycanlıların Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov Söyün Sadıqovla bağlı müraciət yayıb.
Müraciətdə deyilir ki, son günlər Azərbaycanda fəaliyyət göstərən bəzi kütləvi informasiya vasitələrində guya onun Söyün Sadıqovun Gürcüstan azərbaycanlılarından ibarət gənclər hərəkatının yaratmasına köməklik göstərilməsi haqqında xəbərlər yayılıb. Vaqif Məmişov bu informasiyaların yalan olduğunu və cəmiyyətdə çaşqınlıq yaranmasına xidmət etdiyini bildirir:

- Azərbaycanlıların Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyatının bütün üzvləri cəfəngiyyat dolu həmin yazılarda əks olunanları və Söyün Sadıqovun son dövrlərdə nəinki bu istiqamətdə atdığı addımları, bütövlükdə azərbaycanlılara və müstəqil Azərbaycan Respublikasına, onun dövlətçiliyinə qarşı məntiqsiz, arqumentsiz açıqlamalarını qətiyyətlə pisləyir. Gürcüstan azərbaycanlılarının adından danışmağa mənəvi haqqı olmayan S.Sadıqov doğulduğu rayonda, bölgədə maddi cəhətdən qayğıya ehtiyacı olan insanlara köməklik etmək əvəzinə öz məkrli niyyətlərinə, ambisiyalarına çatmaq üçün bu gün onları siyasi avantüralara sürükləməyə cəhd edir.

S.Sadıqov dərk etməlidir ki, Gürcüstanda yaşayan azərbaycanlılarının həmin dövlətin vətəndaşları olaraq ölkədə həyata keçirilən islahatlarda fəal iştirak etmələrilə yanaşı, Azərbaycan Respublikasının irəliyə doğru atdığı hər bir addımı, qazandığı nailiyyətləri dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız kimi onları da ruhlandırır, müstəqil dövlətimizə inamlarını, milli hisslərini və gələcəyə ümidlərini artırır.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasəti daim dəstəkləyən və mayın 10-da xalqımızın milli lideri Heydər Əliyevin 90 illik yubileyini Sankt-Peterburqun ən möhtəşəm sarayında təntənə ilə qeyd etməyə hazırlaşan biz azərbaycanlılar bundan sonra da prezidentimizin ətrafınızda sıx birləşməklə, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün imkan və bacarıqlarımızı səfərbər edəcəyik”,- deyə müraciətdə vurğulanır.


Teqlər:





Xəbər lenti