Venesuela ilə ABŞ arasında “it boğuşması”

Venesuela ilə ABŞ arasında “it boğuşması”
  06 May 2013    Oxunub:8350
Venesuela hökuməti ABŞ prezidenti Barak Obamanın Mexiko şəhərində səsləndirdiyi bəyanatları qəti şəkildə rədd edib.
AzVision.az-ın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Venesuelanın Xarici İşlər Nazirliyinin yaydığı sənəddə bildirilib. Sənəddə qeyd edilir ki, hələ Uqo Çavesin dövründə ölkədə şəffaf seçki sistemi təşkil edilib. Eyni zamanda ölkədə, insan hüquqlarına tamamilə hörmət edilir.

Xarici İşlər Nazirliyi Obamaya müraciətində bildirib ki,“Venesuela xalqı Amerika cəmiyyətində olmayan geniş hüquq və azadlıqlardan bəhrələnir. Venesuela xalqı öz taleyini müəyyən etmək üçün Latın Amerikasında köhnəlmiş hesab olunan metodlardan istifadə etməyə layiq deyil” .

“Onlar heç də ikitərəfli münasibətlərin yaxşılaşması üçün imkan yaratmırlar əksinə, daha pisləşməsinə şərait yaradırlar. Amerika hökuməti Venesuelaya qarşı təcavüzkar mövqedədir. Sizin bəyanatlarınız Venesuelada Pinoçetin meydana gəlməsinə imkan yaradır, siz tarix qarşısında məsuliyyət daşıyırsınız , biz isə öz növbəmizdə dünyanı və Bolivarın müstəqilliyini müdafiə etməyi bacararıq.

Dünyanın bütün müstəqil dövlətlərini, xalqlarını, siyasi və ictimai təşkilatlarını ABŞ hökumətinin Venesuellaya qarşı tutduğu qərəzli mövqeyə biganə qalmamağa çağırırıq. Onların Venesuella ilə “it boğuşdurmasını” istəmirik. ABŞ-ın Venesuellada imperializm siyasəti yürütməsinə imkan verməyəcəyik” – deyə nazirliyin Obamaya müraciətində qeyd olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti