Eldar Ryazanovun səhhəti pisləşib

Eldar Ryazanovun səhhəti pisləşib
  29 Noyabr 2014    Oxunub:1501
Həftənin əvvəlində Moskvadakı Burdenko adına neyrocərrahiyyə institutuna yerləşdirilmiş görkəmli kinorejissor Eldar Ryazanovun səhhəti pisləşib.
AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bir müddət əvvəl E.Ryazanovun vəziyyətinin yaxşılaşdığı və onun tezliklə reanimasiyadan adi palataya keçiriləcəyi bildirilsə də, sonradan onun səhhəti pisləşməyə başlayıb. Həkimlər rejissorun vəziyyətini ağır qiymətləndirirlər. Hazırda onun yanına yalnız həyat yoldaşı və ən yaxın qohumları buraxılır.

Qeyd edək ki, bir çox məşhur sovet filmlərinin müəllifi olan 87 yaşlı Eldar Ryazanov beyin qan dövranının kəskin pozulması diaqnozu ilə bazar ertəsi xəstəxanaya yerləşdirilmişdi.




Teqlər:  





Xəbər lenti