Ölənlərin sayı 700-ü keçdi

Ölənlərin sayı 700-ü keçdi
  07 May 2013    Oxunub:1225
Banqladeşin paytaxtı Dəkkədə 8 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 700-ü keçib.
Bu barədə məlumat verən Qızıl Aypara cəmiyyəti dağıntılar altından onlarla cəsədin çıxarıldığını bildirib. Bununla da tələfat göstəricisi 705-ə çatıb.

Cəsədlərin tanınmaz hala düşməsi isə itkin düşənlərin taleyi barədə məlumat əldə etməyə imkan vermir. Qeyd edək ki, faciədən sonra 9 nəfər nəzarətə götürülüb.

Binanın çökmə səbəblərinə gəlincə, inşaatçı şirkət binanın tikintisində standartlara uyğun gəlməyən materiallardan istifadə etməklə yanaşı, sementə də həddən artıq qənaet edib. Faciə ilə bağlı araşdırmalar davam edir.


Teqlər:  





Xəbər lenti