Vaqif Səmədoğlu İsraildən qayıtdı - Səhhəti necədir?

Vaqif Səmədoğlu İsraildən qayıtdı - Səhhəti necədir?
  11 Dekabr 2014    Oxunub:2448
Müalicə üçün İsrailə gedən Xalq şairi Vaqif Səmədoğlu Bakıya qayıdıb.
Bu barədə AzVision.az-a şairin həyat yoldaşı Nüşabə Vəkilova məlumat verib.

Onun sözlərinə görə, V.Səmədoğlu artıq iki gündür ki İsraidən qayıdıb. N. Vəkilova şairin səhhətinin yaxşı olduğunu söyləyib:

“V. Səmədoğlu özünü yaxşı hiss edir. Səhhəti yaxşıdır. heç bir problem yoxdur”.

Qeyd edək ki, V. Səmədoğlu xərçəng xəstəliyindən əziyyət çəkir. O, noyabrın 26-da xüsusi təyyarə ilə İsrailə aparılmışdı.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti