Məscidə giriş qadağan edildi
"Əl-Əksa" ətrafındakı gərgin vəziyyətə dair bəyanat verən Qüds müftisi Şeyx Məhəmməd Hüseyn isə səhər saatlarında İsrail əsgərləri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.
6 saat müstəntiqlər tərəfindən dindirilən din xadimi sonradan sərbəst buraxılıb. Onun həbsinə gorə İordaniya parlamenti İsrail səfirinin ölkədən qovulmasını istəyib.
Fələstin prezidenti Mahmud Abbas isə şeyxin azad olunmasını tələb edib. İndi yəhudi gənclər "Əl-Əksa" ətrafında "Qüds günü"nü qeyd edir. Toplu halda müqəddəs yerin kənarlarında dolaşan israillilər ucadan mahnı oxuyur, bayram keçirdirlər.