Millət vəkilinə MHP-dən dəvət gəlib
Fevral ayının 17-də Qarsda MHP il başqanlığı Xocalı soyqırımının ildönümü ilə bağlı böyük bir tədbir təşkil olunacaq. Tədbirdə Qars şəhərinin tanınmış ictimaiyyət nümayəndələri və Azərbaycanın dostları olan insanlar iştirak edəcəklər.
“MHP-nin Qarsdakı tədbirində iştirak edərək Xocalı soyqırımı ilə bağlı qarslı dostlarımıza məlumat verəcəyəm. Eyni zamanda tədbirdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi və Dağlıq Qarabağ münaqişəsinin bugünki durumu ilə bağlı da geniş məlumat vermək fikrindəyəm”, - deyə millət vəkili bildirib.
Aydın Mirzəzadə vurğulayıb ki, Türkiyənin Dağlıq Qarabağ məsələsində daima Azərbaycanın yanında olması Ermənistanın türk torpaqlarına iddiasının qarşısında ciddi maneələrdən biridir. Türkiyədə Azərbaycanın ağrılı tarixi səhifələrinə maraq göstərilməsi və bununla bağlı böyük siyasi tədbirlərin keçirilməsi iki dövlət arasında dostluğun və qardaşlığın bariz nümunəsidir.
Teqlər: