Ərdoğan: "Obama qırmızı xətti çoxdan keçib”

Ərdoğan:  "Obama qırmızı xətti çoxdan keçib”
  10 May 2013    Oxunub:1339
"Əsədin başqa çarəsi qalmayıb”
"Suriyada kimyəvi silahlar və raketlərdən istifadə olunduğu hamıya məlumdur. Həmin silahların nə zaman və harada istifadə edildiyini də bilirik. Ancaq, ABŞ prezidenti Barak Obamanın Suriya məsələsi ilə bağlı durğunluğu qırmızı xətti çoxdan keçib”.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Amerikanın NBC televiziyasına verdiyi müsahibəsində bildirib.

Müsahibədə, Suriya hökumətini öz xalqına qarşı kimyəvi silah istifadə etməklə günahlandıran baş nazir, ABŞ-ı daha güclü addımlar atmağa çağırıb.

“Türkiyə xəstəxanalarına çatdırılanlar arasında kimyəvi silahlardan xəsarət alanlar var. Suriyalı müxaliflərin həmin silahdan istifadə edə biləcəklərinə inanmıram. Əgər belədirsə, ümumiyyətlə bu silahdan istifadə edənlərin tamamilə əleyhinəyik”.

Türkiyənin Suriyalı müxaliflərinə hərbi dəstək verdiyi iddiasını rədd edən Ərdoğan, Suriyadan gələn 300 min məcburi köçkünə təqribən 1 milyard dollar xərclədiklərini gizlətməyib.

Ərdoğan bildirib ki, ABŞ Suriya üzərində qeyri-uçuş zonasının yaradılmasını təklif etsə, Türkiyə bu təklifi məmnuniyyətlə dəstəkləyəcək:
“ABŞ daha çox məsuliyyəti boynuna götürməli və daha böyük addımlar atmalıdır. Obamanın nə cür addımlar atacağı mövzusuna gəldikdə, bununla bağlı görüşüb danışa da bilərik”.
Suriya Dövlət Başçısı Bəşər Əsədin həyat yoldaşı və uşaqlarının Suriyanı tərk etdiyinə dair xəbərlərə münasibət bildirən Ərdoğan, Əsədin Suriyanı tərk etməkdən başqa çarəsi olmadığını da dilə gətirib.

Mirvari



Teqlər:  





Xəbər lenti