Azərbaycanlı Gürcüstanda nazir olacaq

Azərbaycanlı Gürcüstanda nazir olacaq
  11 May 2013    Oxunub:1495
Gürcüstanın baş naziri Bidzina İvanişvili energetika və təbii resurslar naziri postuna milliyyətcə azərbaycanlı olan Ramilə Əliyevanı təyin etməyi planlaşdırır.
Bu barədə məlumatı Praymer xəbər agentliyi “Gürcü arzusu” koalisiyasının mənbəsinə istinadən bildirib.

Qeyd edək ki, Ramilə Əliyeva Gürcüstan Ombudsman Aparatı nəzdində fəaliyyət göstərən milli azlıqlar üzrə Şurasının üzvüdür. O həmçinin, Gürcüstanın İctimai televiziyasında işləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti