Obama: “Dünyanın super dövlətləri birləşməli”

Obama: “Dünyanın super dövlətləri birləşməli”
  14 May 2013    Oxunub:1246
“Bu cür hadisələri “siyasi sirkə çevirmək gərəksizdir”
“Suriyada kimyəvi silahlardan istifadə edənlərin kimliyini müəyyən etmək üçün apardığımız araşdırmalar davam edir”.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Obama İngiltərə baş naziri Devid Kameronla görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
Suriyanı demokratiyaya doğru yönəltmək üçün mübarizə apardıqlarını deyən Obama, Suriyadakı rejim tərəfdarlarının və müxalif qüvvələrin gələn həftə Cenevre şəhərində bir araya gəlməsinin vacibliyini vurğulayıb.

Obama bildirib ki, Suriyada əmin-amanlığın təmin olunması təkcə ABŞ-ın deyil, İngiltərə, Türkiyə və Rusiyanın da xeyrinədir.

O, buna görə, həmin güclü dövlətlərin birləşməsi üçün onlara çağırış da edib.

Obama, vurğulayıb ki, Bəşər Əsədin iqtidardan ayrıldığı halda, “dağılmamış” Suriya dövlətinin qalmasına nail ola bilsək, bu hamı üçün yaxşı olacaq. Və bizim məqsədimiz də budur”.

Ötən ay 25 yaşlı qadın diplomatın öldürülməsinə münasibət bildirən ABŞ prerzidenti vurğulayıb ki, məsələnin bu cür uzadılmasının arxasında böyük siyasi məqsədlər durur:
“ Bizim Vaşinqtonda siyasi oyunlar oynamağa vaxtımız yoxdur. Sadəcə diplomatlarımızı qorumaq üçün nələr etməli olduğumuz üzərində düşünməliyik. Bu cür hadisələri “siyasi sirkə çevirmək gərəksizdir”- deyə o bildirib.


Mirvari


Teqlər:





Xəbər lenti