“Kainat gözəli” kim olacaq?
Əsas şoudan bir neçə gün əvvəl müsabiqənin yarımfinalı keçirilib və aralıq hakimlər briqadası 15 finalçını seçib. Lakin onların kimlər olduğu bilinmir. Favoritlərin adları final şousunun başlanğıcında açıqlanacaq. Bundan sonra əsas münsiflər heyəti seçimi davam etdirəcək.
Qalib qiymətli tacla mükafatlandırılacaq və Nyu-York şəhərində bir il pulsuz yaşamaq hüququ qazanacaq. Çexiyanın Diamonds International Corporation şirkəti tərəfindən ağ qızıldan hazırlanmış tacın çəkisi 411 qram, dəyəri 300 min dollardır.
Qeyd edək ki, “Kainat gözəli” müsabiqəsi 1952-ci ildən keçirilir.
Teqlər: