Dumanın deputatı Azərbaycanla Ermənistanı bir tutdu

Dumanın deputatı Azərbaycanla Ermənistanı bir tutdu
  15 May 2013    Oxunub:1380
Tatyana Moskalkova: “Azərbaycan və Ermənistan inkişaf layihələrinə inteqrasiya edə bilmirlər”
“Qarabağ münaqişəsinin həll olunmaması, Azərbaycan və Ermənistanın Avrasiya İqtisadi Birliyinə və Gömrük Birliyinə qoşulmasına imkan vermir”. Bu sözləri Rusiya Federasiyasının Dövlət Dumasının deputatı Tatyana Moskalkova gənclərin IV Avrasiya iqtisadi forumunda bildirib.

“Bu istiqamətdə intensiv işlər aparılır və biz ümid edirik ki, Azərbaycan və Ermənistan ümumi razılığa gələcək. Avrasiya regionu inkişaf etdiyi halda, Azərbaycan və Ermənistan arasındakı münaqişə dondurulmuş vəziyyətdədir və həll olunmamış qalır. Bu isə onların inkişaf layihələrinə qoşulmasına imkan vermir”, – T.Moskalkova vurğulayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi ermənilərin tutduğu bütün Azərbaycan torpaqlarının geri qaytarılmasını və Dağlıq Qarabağa muxtariyyət statusu verilməsini istəyir.

“Keçmiş sovet regionunda həll olunmamış problem digər regionlarda Avrasiya qitəsinin inkişafına mane olur. Biz isə Qarabağ münaqişəsinin həll edilməsinə təşəbbüs göstəririk”, - deyə T.Moskalkova əlavə edib.

Sevda Babayeva
Bakı-Moskva-Yekaterinburq-Moskva-Bakı
AzVision.az üçün


Teqlər:





Xəbər lenti