Azərbaycanda dini vəziyyət - RƏQƏMLƏR

Azərbaycanda dini vəziyyət - RƏQƏMLƏR
  18 Fevral 2013    Oxunub:3605
Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 576 dini qurum qeydiyyatdan keçib.
AzVision.az-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən məlumatına görə, konfessional baxımdan onların 555-i islam, 21-i isə qeyri-islam təmayüllüdür. Belə ki, 12-si xristian, 6-sı yəhudi, 1-i krişna, 2-si bəhaidir. Əvvəllər qeydiyyatdan keçən qeyri-islam dini icmalarını da buraya əlavə etsək, ümumilikdə onların sayı 34-dür.
Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla ölkə ərazisində 1834 məscid mövcuddur, onlardan 135-i Bakı şəhərinin payına düşür. Ölkə ərazisində 12 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.
Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla ölkə ərazisində 748 pir və ziyarətgah mövcuddur, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.


Teqlər:





Xəbər lenti