Rusiya Türkiyədə AES tikilməsinə etiraz edir

Rusiya Türkiyədə AES tikilməsinə etiraz edir
  15 May 2013    Oxunub:1244
Rusiyanın “Şimali Qafqaza Ekoloji Nəzarət” ictimai təşkilatının nümayəndələri Türkiyənin Sinop şəhərində Atom Elektrik Stansiyasının (AES) tikilməsi planına öz narahatlıqlarını bildiriblər.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, aktivistlər bildiriblər ki, Qara dəniz sahəsinin radioşüalanma ilə çirklənməsindən başqa, AES ərazidə dağıdıcı zəlzələlərin riskini artırır. Həmin ərazidən yüz kilometr məsafədə iki litosfer tavası - Anadolu və Qara dəniz yerləşir.

Ekoloqlar güman edirlər ki, Sinopda reaktorların soyutma sistemi “Fukusima-1” reaktoru kimi sıradan çıxarsa, Krasnodar əyaləti radioaktiv buludla örtüləcəkdir.

Türkiyədə yaxın onillikdə iki AES tikilməsi planlaşdırılıb. Onlardan biri “Rosatom” tərəfindən tikiləcək “Akkuyu” AES-idir. Digəri Qara dəniz sahilində - Sinopda yapon-fransız şirkəti tərəfindən tikiləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti