“Playboy”un erməni ulduzu həbs edildi - FOTOLAR

“Playboy”un erməni ulduzu həbs edildi - FOTOLAR
  21 Fevral 2015    Oxunub:5466
“Estoniya Avropa hərəkatı” vasitəsilə məşhurlaşan Anna-Mariya Qaloyan Böyük Britaniyadan Estoniyaya ekstradisiya edilib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Qaloyan artıq paytaxt Tallində yerləşən cəzaçəkmə müəssisələrindən birinə yerləşdirilib.

Estoniyada Qaloyan 48 min avronu mənimsəməkdə və sənədlərin saxtalaşdırılmasında günahlandırılır. Erməni əsilli siyasətçi “Estoniya Avropa Hərəkatı”nın büdcəsindən olan vəsaiti geyimə, qiymətli zinət əşyalarına və gözəllik salonlarına xərcləyib.

Qaloyan üç il müddətində Böyük Britaniyada gizlənib. Estoniyada məhkəmə ona 1 il 10 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası verib. O, öz günhanını etiraf etməyib.

2011-ci ildə Estoniya məhkəməsinin qərarından sonra Qaloyan bu ölkəni tərk edib. Əvvəlcə Britaniya məhkəməsi onu ölkəsinə qaytarmaqdan imtina etsə də, Estoniya hökuməti ikinci dəfə müvafiq sorğu göndərdikdən sonra Qaloyan Britaniyadan bu ölkəyə ekstradisiya edilib.

Qeyd edək ki, Anna-Maria Qaloyan parlamentin və hakim İslahatlar partiyasının üzvü olub. 2010-cu ildə o, “Playboy”un eston versiyası üçün çəkilib.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti