Tərkibində donuz piyi olan dərmanlar haramdır?

Tərkibində donuz piyi olan dərmanlar haramdır?
  23 Fevral 2015    Oxunub:9649
Bəzi dərman preparatlarında donuzun mədəaltı vəzindən istifadə olunduğu aşkarlanıb. Bu isə əksər müsəlmanların dərmanlardan imtina etməsinə səbəb olub.
AzVision.az xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi və ilahiyyatçılar bu dərmanların istifadəsinin haram olub-olmadığını müzakirə edir. Hətta həkimlər də bu məsələdə iki qrupa bölünüb.

Onlardan bir qismi hesab edir ki, tərkibində donuz qatqısı olan dərmanlar haramdır və o dərmanları xəstələrinə məsləhət görməyəcəklər.

Səhiyyə Nazirliyinin açıqlamasına görə, dərmanların tərkibində donuz məmulatlarından çox az miqdarda istifadə olunur. Bildirilib ki, dərman preparatlarının hazırlanmasında istifadə olunan donuz tərkibli maddələrin inək tərkibli ilə əvəz olunması təklif edilsə də bu, təklif səviyyəsində qalıb.

Bunun səbəbi isə digərinin donuzla müqayisədə çox baha olmasıdır.

Diyanət İşlərinin keçmiş sədr müavini Nəcməddin Nursaçan isə bunun dini tərəflərinə aydınlıq gətirib: “Donuz və donuz məmulatlatı dində haramdır. Amma dərman kimi istifadə olunursa, həkim tərəfindən mütləq tapşırılıbsa və alternativi yoxdursa, onda istifadə etmək olar. Əgər əvəzedicisi varsa, qətiyyən istifadə etmək olmaz. Müsəlmanlar mütləq maraqlanıb öyrənməlidirlər ki, istifadə edəcəkləri dərmanın tərkibi nədən ibarətdir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti