Etiraz dalğası bütün Avropanı bürüyəcək

Etiraz dalğası bütün Avropanı bürüyəcək
  18 May 2013    Oxunub:1351
Ümumavropa etirazlarının başlanğıc yeri Almaniyadır.
Mayın ortaları Almaniyada insan hüquqlarının pozulması, sərt iqtisadi islahatlar, işsizlik, ev problemi və sosial təminat üzrə maddi yardımın azaldılmasına qarşı ümumavropa hərəkatının başlanğıcı kimi qeyd edilir. “Blockupy Frankfurt” federal koalisiyası özünü bu beynəlxalq hərəkatın ayrılmaz hissəsi hesab edir.

AzVision.az məlumat verir ki, Frankfurt aksiyasında başqa ölkələrin aktivistləri də iştirak edəcəklər. İtaliya, Yunanıstan, Fransa, Belçika, Avstriya və başqa ölkələrdən olan qrup və təşkilatlar artıq hazırlıqlara başlayıblar.

Bundan başqa, Blockupy ilə birgə Avropanın bir sıra paytaxt, eləcə də digər şəhərlərində nümayiş və etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Etiraz aksiyalarına həmçinin Eynulla Fatullayevin “İnsan haqları uğrunda” İctimai Hərəkat Təşkilatı da qoşulacaq.

Blockupy-nin beynəlxalq aksiyaya çağırışında deyilir:

“Avropada böhran yaradan hakimiyyətlərlə güzəşt əldə etmək mümkün deyil. Yaranmış vəziyyətdən yeganə çıxış yolu, təkcə idarəetmə üsullarına qarşı çıxmaq deyil, həmçinin problemin həllinin məlum alternativ yollarının bütün səviyyələrdə - yerli səviyyədən başlayaraq ümumavropa səviyyəsinədək istifadə etməklə geniş xalq kütlələrinin birbaşa və sərbəst etirazıdır. Biz normal sosial şəraitin yaradılmasını tələb edirik. Bir halda ki, həyatı gələcəksiz təsəvvür etmək mümkün deyil, təmin edilmiş gələcək istəyirik. Buna görə də, biz Avropa Mərkəzi Bankına (AMB) qarşı etiraz aksiyalarında iştirak üçün mayın 30-dan iyunun 1-dək Frankfurtda olacağıq.”

Mərkəzi hakimiyyətə qarşı aksiyalarla əlaqədar Lissabon çağırışında deyilir:

“Üçlüyə qarşı birləşmiş insanlar bildirirlər:
Hər bir ölkədə, şəhərdə, evdə hakimiyyətin müəyyənləşdirdiyi ölçülərin zərərli nəticələri hiss olunur. Həmin ölçülər vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarmış, işsizliyin səviyyəsi, qanunsuz mənimsəmə halları artmışdır. Hüquq və azadlıqlarımızı müdafiə etmək üçün biz güclərimizi birləşdirməliyik. Avropanın şimalından cənubuna “hamınız küçəyə çıxın, sərt iqtisadiyyata qarşı etiraz edin!”

Həftə sonunda İspaniyanın 50 şəhərində aksiyaların başlanmasının ildönümü kütləvi nümayişlərlə qeyd edilib. Etirazlar cəmiyyətdə böhrana səbəb olan sərt iqtisadi tədbirlərə qarşı yönəlib.

Blockupy koalisiyasına “Attac”, “Occupy Frankfurt”, həmkarlar ittifaqları, Almaniyanın “Linksjugend Solid”, “Gənc Yaşıllar Hərəkatı” kimi gənclər və tələbə təşkilatları, Almaniya İşsizlər Forumu, “Die.Linke” partiyası, “Peace Cooperative”, “Ums Ganze” koalisiyası, regional NoTroika koalisiyasının aktivistləri daxildir.

Leyla Cavadova
AzVision.az



Teqlər:  





Xəbər lenti