1 saatlıq kirayə “ər” verilir

1 saatlıq kirayə “ər” verilir
  11 Mart 2015    Oxunub:3142
Rusiyanın paytaxtı Moskvada evdə təmir işləri üçün “kirayə ər” xidməti təqdim edilir.

AzVision.a Rusiya mətbuatına istinadən xəbər verir ki, təmir işlərini görə bilməyən yoxsul ailələr üçün bu xidmət pulsuz olacaq. Digər ailələr üçün isə bu xidmət çox ucuz qiymətə təklif ediləcək.

“Kirayə ər”lər evin mətbəxdəki təmir işlərindən mebel təmirinə qədər bütün kişi işlərini edəcəklər.

Qeyd edək ki, Moskvada bu xidməti təklif edən çoxlu özəl şirkət var. Rus ailə ənənəsinə görə, yemək bişirmək, paltar yumaq və s. kimi işlər “qadın işi”, təmir işləri isə “kişi işi” kimi qəbul edilir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti