Azərbaycanda “Zəng et, ərə get” - VİDEO

Azərbaycanda  “Zəng et, ərə get” - VİDEO
  14 Mart 2015    Oxunub:4914
Sürücü dostu üçün qeyri-adi "fədakarlıq" edib
`Zəng et, ərə get`. Bərdədə bir yük maşınının sürücüsü avtomobilinə belə şüar yapışdırıb.Şüarin altında da telefon nömrəsi.Bu da görənlərin xeyli diqqətini çəkir.Baxın görün, 26 yaşlı gənc bu işi nəyə görə görüb?

`Zəng et ərə get `elanı, altında isə telefon nömrəsi.

Avtomobilinə qeyri-adi elan yapışdıran bərdə sakini küçələrdə diqqət çəkir.

Avtomobilin sahibi Babək Məmmədov əvvəlcə boynuna almaq istəməsə də sonradan telefon nömrəsinə daha çox qadınların zəng vurduğunu etiraf edib.

Maraqlısı budur ki 26 yaşlı Babək evlidir. Elə buna görə də bu elan onu tanıyanları daha çox təəcübləndirib.Amma işin əslini öyrənəndə məlum olur ki, Babək bu dırnaqarası fədəkarlığı subay olan dostu Elvin üçün edib.

Babək deyir ki, Elvin adlı oğlanı valideynləri belə evləndirmək üçün yola gətirə bilmir.Babək deyir ki dostunu zəng edən xanımla evləndirməsələr də bu yolla ona evlənmək üçün təzyiq göstərir.Orjinal ideya isə onun öz ağlına gəlib.




Teqlər:





Xəbər lenti