Alman rasizminin qurbanı

Alman rasizminin qurbanı
  21 May 2013    Oxunub:1488
Dmitri Adamov Özbəkistanda doğulub və böyüyüb. O, 1989-cu ildə ölkədə millətlərarası münaqişə vaxtı xaricə qaçmağa məcbur olub. 2003-cü ildə isə Adamov Almaniyaya gedib. Burada o qaçqın statusu almaq üçün müraciət edib, amma ona qaçqın statusu verilməyib və Almaniya ərazisini tərk etmək tələb olunub. Onda Dmitri aclıq elan edib və hakimiyyətin ona təzyiqi dayanıb.
Adamovun yaşadığı Myunster şəhərinin hakimi bildirib ki, Dmitri qaçqın statusunun verilməsi haqqında öz ərizəsini geri götürə bilər, çünki o “vətəndaşlığı olmayan şəxs” hesab olunur. Almaniya onun SSRİ ölkəsi olan Özbəkistan və ya Rusiyadan vətəndaşlıq ala bilməsini əsas gətirərək, ölkəsində ona siyasi sığınacaq verməkdən imtina edib. Həmin vaxt Dmitri ailə-uşağa sahib olur. Vətəndaşlıq almaq üçün isə (Dmitri Rusiya vətəndaşlığını almaq istəyərdi) Almaniya hökumətinin onu vətəndaşlığı olmayan şəxs hesab etməsi lazımdır.

Hazırda Adamovun əlində olan, onun Rusiya Federal miqrasiya xidmətindən Rusiya vətəndaşlığına malik olmamasını təsdiq edən sənədlə, ailəsi ilə birgə Almaniya ərazisində yaşayır.

Almaniya hüquq müdafiəsi ittifaqının Köln bölməsinin başçısı Harri Murey hesab etdiyi kimi, “Dmitri artıq 8 ildən çox müddədə inzibati və məhkəmə instansiyalarına müraciət etməklə vətəndaşlığa malik olmadığını təsdiq edəcək heç bir rəsmi sənəd ala bilməyib. Bu isə bir daha sübut edir ki, Almaniya hökuməti BMT-yə üzv ölkələr üçün müəyyən olunmuş BMT-nin insan hüquqları üzrə bəyannaməsinə qəsdən məhəl qoymur.”

Hüquqi tərəfdən Adamovun işi ilə məşğul olan vəkil bildirib: “Bizim qarşımızda insanı son dərəcə məyus edən təsvir yaranır. Uyğun olan sənədlərə malik olmaması ilə əlaqədar D. Adamovun ölkədə yaşamasına məhdudiyyət qoyulması BMT-nin Baş Məclisi tərəfindən 1948-ci ilin dekabrın 10-da qəbul etdiyi insan hüquqları üzrə bəyannaməyə ziddir.

Harri Murey vurğulayıb ki, 2013-cü ilin aprelində Cenevrədə baş tutan BMT-nin insan hüquqları üzrə şura iclasında Almaniyada insan hüquqları barədə vəziyyətə toxunulmuşdu. İclasda Rusiya nümayəndə heyətinin başçısı Aleksey Qoltyayev Almaniyanı irqçilikdə ittiham etmiş və ölkədə yaşayan milli azlıqların hökumətin irqi ayrı-seçkilik siyasətinin qurbanı olduğunu bildirmişdi.

Avropa ölkələri “inkişaf etmiş demokratiya” ilə hüquqi sferada müsbət vəziyyət haqqında hesabatlarla müxtəlif konfrans və forumlarda çıxış etdiyi halda, Dmitri Adamov vətəndaşlıq almağa hüququ olmayan insan kimi qalır.

haqqin.az
Tərcümə: AzVision.az


Teqlər:  





Xəbər lenti