Tatlısəsə görə Quran paylanılacaq

Tatlısəsə görə Quran paylanılacaq
  20 Mart 2015    Oxunub:2090
Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəsin yeni əməliyyatının uğurlu keçdiyi bildirilir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, martın 9-da ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirən məşhur türk müğənnisi İbrahim Tatlısəsin əməliyyatı ilə bağlı yeni xəbər yayılıb.

Həyatı təhlükə ilə üz-üzə qalan müğənninin dostlarından rejissor Murat Uyqur əməliyyatın uğurlu keçməsi səbəbilə cümə günü gündüz saatlarında Taksim meydanında 2050 ədəd Qurani Kərim kitabı paylayacaqlarını deyib.

“Vətəndaşlarımızdan “İmperator” üçün xeyir duası istəyirik. Təxminən 30 il əvvəl tikintidə fəhləlik edən qarayanız bir gəncin həm musiqi, həm də id dünyasında dırnaqları ilə qazıya-qazıya zirvəyə dırmaşması hekayəsini bütün Türkiyə bilir. Sağalıb yanımıza qayıtmağını istəyirik” – deyə rejissor sözlərinə əlavə edib.

Onu da bildirək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşmışdı. 6 gün komada qalan İbonun oyandırıldıqdan sonra adi otaqlardan birinə köçürüldüyü bildirilir.


Teqlər:  





Xəbər lenti