Keçmiş baş nazir təkzib etdi

Keçmiş baş nazir təkzib etdi
  22 May 2013    Oxunub:1155
Vano Merabişvili ona qarşı irəli sürülən ittihamları təkzib edir
Gürcüstanın keçmiş baş naziri, “Vahid Milli Hərəkat” Partiyasının baş katibi Vano Merabişvili ona qarşı irəli sürülən ittihamları təkzib edib. Sabiq nazirin vəkilinin sözlərinə görə, hələlik ona qarşı ittiham rəsmən təqdim olunmayıb. Rəsmi ittiham ona bu gün, ya da sabah təqdim olunacaq. Bundan sonra maddələr də dəqiq məlum olacaq.

Gürcüstan mətbuatının məlumatına görə, V. Merabişvili bu gün Kutaisi şəhərindəki Qərbi Gürcüstan Dairə Prokurorluğunda dindirildikdən sonra saxlanılıb.

Qeyd edək ki, sabiq baş nazir vəzifəsindən sui-istifadə edərək dövlət proqramının həyata keçirilməsi zamanı qanunsuzluqlara yol verilməsi, 2011-ci il mayın 26-da müxalifətin Tiflisdə keçirdiyi kütləvi etiraz aksiyasının dağıdılmasında ittiham edilir.

Bununla yanaşı onun, 2006-cı il yanvarın 28-də bank işçisi Sandro Qirqvilianinin qətlində əli olduğu bildirilir.

Azvision.az xəbər verir ki, Merabişvili ilə bağlı üç maddə (seçicilərin satın alınması, xidməti vəzifədən sui-istifadə etməklə vəsaitlərin mənimsənməsi və xidməti səlahiyyətlərdən sui-istifadə) üzrə istintaq davam edir.


Teqlər:





Xəbər lenti