Picassonun montyoru onun əsərlərini oğurlayıbmış?

Picassonun montyoru onun əsərlərini oğurlayıbmış?
  21 Mart 2015    Oxunub:2074
Məhkəmə ahıl yaşlarında olan montyoru oğurlanmış əşyaları saxlamaqda təqsirli bilərək ondan Pablo Picassonun fırçasından çıxmış 200-dək sənət əsərini qaytarmağı tələb edib.
75 yaşlı Pierre Le Guennec və onun arvadı Danielle əsərləri Fransanın Grasse şəhərindəki evlərində 40 ildən artıq saxladıqlarına görə iki il şərti həbs cəzası alıblar.

Montyor iddia edib ki, əsərləri ona Picassonun özü, 1973-cü ildə, ölümündən az əvvəl verib.

Sənət əsərləri Picasso fonduna qaytarılmalıdır.

Bu kolleksiyaya hələlik qiymət qoyulmayıb, lakin Picassonun sevgilisi Dora Maarın 1942-ci ildə çəkilmiş portreti ötən ilin may ayında 22, 6 milyon dollara satılıb.

Montyorun saxladığı sənət əsərlərinin arasında litoqrafiya nümunələrinin, portretlərin, sulu boya və karandaşla çəkilmiş eskizlərin olduğu söylənir.

“Picasso mənə tam inanırdı, - deyib Le Guennec məhkəmə dinləməsində.

O deyib ki, Picassonun xanımı Jacqueline ona içərisində 271 iş olan qutunu özü verib.

Montyor sənət əsərlərini 2010-cu ilədək qarajında saxlayıb, lakin bundan sonra Picassonun müəllifliyini təsdiq etdirmək üçün Parisə gətirib. Rəssamın varisləri də elə bu vaxt məhkəməyə müraciət ediblər.

Prokurorlar montyora və onun xanımına 5 il həbs cəzası istəmişdilər. (BBC)


Teqlər:  





Xəbər lenti