Azərbaycan üçün qorxunc statistika

Azərbaycan üçün qorxunc statistika
  22 Mart 2015    Oxunub:2965
Tütün Azərbaycan xalqının sağlamlığına, maddi vəziyyətinə və onun ruhuna ciddi ziyan vurur.
Ölkədə hər il 8 min 400-dən çox insan tütün məmulatlarının səbəb olduğu xəstəliklərdən ölür. Bununla belə Azərbaycanda hal-hazırda yetkinlik yaşına çatmamış 3 min uşaq və yetkinlik yaşına çatmış 1 milyon 628 min insan hər gün siqaret çəkməyə davam edir.

AzVision.az-ın Anspress-ə istinadən verdiyi məlumatına görə, bu statistika Dünya Ağciyər Fondunun hazırladığı məlumatda göstərilib.

"Tobaccoatlas.org" saytının yerləşdirdiyi həmin məlumatda həmçinin bildirilib ki, ölkəmizdə tütün sənayesi getdikcə inkişaf edir. "Buna görə də tütün məhsulları ildən-ilə daha çox can alacaq".

Fond məhz bu səbəbdən Azərbaycanda tütünə qarşı mübarizənin gücləndirilməsinin vacib olduğunu vurğulayıb. "Bu ölümcül mübarizədə tütünün istifadəsinə qarşı olan qurumlar öz səylərini daha da gücləndirmək üçün digər ictimai təşkilatlarla birləşməlidirlər", - deyə məlumatda yazılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti