İsa Məsih “ilk islam şəhidi” elan olundu

İsa Məsih “ilk islam şəhidi” elan olundu
  23 May 2013    Oxunub:8099
Fələstinin “Al-Hayat-Al Jedida” dövlət qəzeti İsa Məsihi “ilk müsəlman şəhid”i elan edib.
Nəşrin versiyasına görə, müasir fələstinlilər “onun nəslinin davamçıları”dır. İsrailin “Heplev” portalı buna etiraz edərək bildirib ki, bu tarixin saxtalaşdırılmasıdır.

Məqalənin müəllifləri İncilə əsaslanaraq, İsa Məsihin evli olmadığı üçün uşaqlarının da olmadığı faktını irəli sürüblər.

136-cı ildə romalıların Yəhudi əyalətinin adını dəyişdirmələrinə və Məhəmməd Peyğəmbərin VI-VII əsrdə islam dininin əsasını qoymasına baxmayaraq, Fələstin məmurları – xüsusilə Nablus və Ramal qubernatorları artıq bir neçə dəfədir iddia edirlər ki, İsa “birinci fələstinli”dir. Təbliğatçılar yəhudilərlə müasir fələstinlilərin sayı arasında İsanın davamçılarını bərabərləşdirməyə çalışırlar.

2012-ci ilin mayın 4-də PA TV telekanalının birbaşa yayımında Fələstin əsirlərinin işləri üzrə nazir İsa Karake bildirmişdi: “Biz Milad kilsəsinin qarşısındakı İsanın yaşadığı ərazilərə sahib olmağa hüququmuz çatır. Gec olmamış hərəkətə başlayın, fələstinli və birinci islam məzlumuna - Miladın, Yerusəlimin, İsanın uşaqlarına kömək edin.

İsanı ilk dəfə fələstin məzlumu adlandıran Yasir Ərəfat olub. Fələstinli yazıçı və jurnalist Yasix Qlandarexın sözlərinə görə, mərhum Fələstin lideri dəfələrlə “İsanın birinci şəhid” olduğunu söyləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti