“Facebook” bu ölkəyə pulsuz internet verəcək

“Facebook” bu ölkəyə pulsuz internet verəcək
  10 Aprel 2015    Oxunub:2370
Panama sakinləri “Facebook”un şirkətinin “İnternet.org” layihəsinin tətbiq edilməsi ilə bəzi resurslardan pulsuz istifadə edə biləcəklər.
AzVision.az-ın məlumatına görə, bu barədə “Facebook” rəhbəri Mark Zukerberq bildirib.

Panama prezidenti Xuan Karlossla görüşün yekunları barədə danışan Zukerberq vurğulayıb ki, layihənin reallaşdırılmasına “yaxın vaxtlarda başlanılacaq”.

“Tezliklə bütün Panama “Digicel Panamá” şəbəkəsi vasitəsilə səhiyyə, məşğulluq, təhsil və kommunikasiya servislərinə pulsuz çıxış əldə edə biləcək”, - deyə, Zukerberq bildirib.

Qeyd edək ki, hazırda Zukerberq Panamada keçirilən Amerika sammitində iştirak edir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti