Viktoriya Nuland Kerrinin köməkçisi olacaq

Viktoriya Nuland Kerrinin köməkçisi olacaq
  24 May 2013    Oxunub:1147
Obama ABŞ dövlət katibinin köməkçisi postuna Viktoriya Nulandın namizədliyini irəli sürüb.
ABŞ prezidenti Barak Obama ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi vəzifəsinə Viktoriya Nulandın namizədliyini irəli sürüb. Bu barədə AzVision.az The Washington Post-a istinadən xəbər verir.

Qeyd edək ki, Nuland ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi olub. Senatda təkliflə bağlı dinləmələr zamanı respublikaçıların əksəriyyətinin Nulandın namizədliyini birmənalı qarşılamayacaqları güman edilir. Belə ki, Viktoriya Nulandın adı ABŞ-ın Benqazidəki konsulluğuna hücumla bağlı yaranmış qalmaqalda hallanır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti