Davudoğlu:`Əsədin başqa şansı yoxdur`

Davudoğlu:`Əsədin başqa şansı yoxdur`
  24 May 2013    Oxunub:1419
"Cenevrə görüşü Bəşər Əsədin son şansı olacaq".
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İordaniyada keçirilən "Suriyanın Dostları Qrupu"nun toplantısında belə bəyanatla çıxış edib. O bildirib ki, bu vaxta qədər dəfələrlə Bəşər Əsədə münaqişənin dayandırılması üçün şanslar verilsə də, o hər dəfə səhv addımlar atıb.

Türk diplomat qeyd edib ki, Suriyada kimyəvi silahların istifadə olunduğuna dair yeni faktların aşkar olunması Əsəd rejiminin xalqına qarşı qətliamı davam etdirdiyini göstərən vacib dəlillərdir. Türk nazir bildirib ki, Suriya rejimi ilə Cenevrədə təşkil olunacaq müzakirələrdən hansısa nəticə əldə olunacağına inanmır.

Bunun Əsədin sonunu gətirəcəyini deyən Davuoğlu Suriyada baş verənləri insanlıq faciəsi kimi qiymətləndirib. O qeyd edib ki, Əsədi dəstəkləyən dövlətləri anlamaqda çətinlik çəkir. Türkiyə isə əksinə, sona qədər Suriya xalqını dəstəkləyəcək. Rəsmi Ankara heç bir halda Əsədi Suriya xalqının rəsmi təmsilçisi və rəhbəri kimi qəbul etməyəcək.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti