Fələstin Azərbaycana təşəkkür etdi

Fələstin Azərbaycana təşəkkür etdi
  24 May 2013    Oxunub:1692
“İlham Əliyev və azərbaycanlı qardaşlarımız hər zaman ədalətin tərəfində olub.”
AzVision.az “İnterfax”a istinadən xəbər verir ki, Fələstin iyun ayında İslam ölkələri konfransının keçirilməsində dəstəyini əsirgəmədiyinə görə Azərbaycana təşəkkür edib.

Fələstinin əmək naziri Əhməd Mecdalani bildirib:

“ Bu mərasimin Azərbaycanda keçirilməsində yaratdığı şəraitə görə prezident İlham Əliyevə minnətdarıq. Hesab edirik ki, Azərbaycan prezidentinin və hökumətinin atdığı bu müsbət və mühüm addım bizim problemimizə yüksək diqqətdən irəli gəlir”.

O, qeyd edib ki, Azərbaycan hökuməti və xalqı beynəlxalq arenada hər zaman Fələstinə dəstək nümayiş etdirib.

“Ötən il BMT-də Azərbaycanın müşahidəçi-dövlət kimi Fələstin dövlətinin tanınmasına səs verdiyinin şahidi olduq”-deyə Mecdalani qeyd edib.

“ Heç şübhəsiz ki, başda İlham Əliyev olmaqla bizim azərbaycanlı qardaşlarımız hər zaman ədalətin tərəfində olub və problemlərimizin həllində yardımlarını əsirgəməyiblər”- Fələstin rəsmisi əlavə edib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti