Anar Nəcəfli necə `biznesmen` oldu?

Anar Nəcəfli necə `biznesmen` oldu?
  15 Aprel 2015    Oxunub:7029
`Aparıcılıq mənim sevdiyim işdir`
Hamının ciddi xəbər aparıcısı kimi tanıdığı tanınmış jurnalist Anar Nəcəfli bu dəfə “biznesmen” obrazında tamaşaçıların qarşısına çıxıb.

AzVision.az-ın əməkdaşı ilə söhbətində aparıcı necə “Biznesmen” olmasından söz açıb:

-Bildiyimiz kimi, “Biznesmen” filmində biznesmen obrazını canlandırırsınız. Nə üçün bu obraz?

-Özümü nə vaxtsa aktyor kimi sınayacağımı gözləmirdim. Rejissor Nail Naiboğlu zəng edib bildirdi ki, səni belə bir filmə çəkmək istəyirəm. Mən də dedim ki, özümə də maraqlıdır. Sınamaq pis olmaz. Aparıcılıqdan sonra aktyorluq məncə pis alınmayıb. Çalışdım ki, ilk rolum yaxşı alınsın. Demirəm super filmdir, normaldır.

-Filmdən sonra xəyal etdinizmi, siz də biznesmen həyatı yaşayasınız?

- (gülür). Bilmirəm, vallah onu zaman göstərər. Niyə də olmasın. Filmin təəssüratına düşmədim. Normal qarşıladım.

-Bəs aktyorluğa davamı edəcəksinizmi?

-Aparıcılıq mənim sevib seçdiyim işdir. Onu heç nəyə dəyişmərəm. Aktyorluğa gəldikdə isə zaman göstərər. Gələcəyi deyə bilmərəm.

-Sizi yenidən xəbər aparıcısı kimi efirdə nə zaman görəcəyik?

-Şouda ümumiyyətlə, özümü görmürəm. Amma sırf ciddi bir şou və ya yenidən hansısa xəbərlə əlaqəli aparıcılıq ola bilər.

-Xəzər TV-də yoxsa başqa bir kanalda?

-Onu dəqiq deyə bilmərəm. Zaman göstərər. Hələ ki, gördüyünüz kimi ATV kanalındayam.

Nuron Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti