Şahzadə Yəməni vuran pilotlara “Bentley” verəcək

Şahzadə Yəməni vuran pilotlara “Bentley” verəcək
  23 Aprel 2015    Oxunub:3228
Səudiyyə Ərəbistanı şahzadəsi Alvalid bin Talal Yəmənə aviazərbələr endirən hər bir pilota “Bentley” markalı yeni avtomobil hədiyyə edəcəyinə bildirib.
Bu barədə AzVision.az “Press TV”-yə istinadən xəbər verir.

“Mən öz müdrik liderlərimizi “Sakitlik fırtınası” əməliyyatındakı qələbə və “Umidin qaytarılması” əməliyyatının başlaması münasibətilə təbrik edirəm. Minnətdarlıq əlaməti olaraq mən hərbi əməliyyatlarda 100-ə yaxın pilota yeni “Bentley” avtomobilləri hədiyyə edəcəm”.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti