Bakıda 100 minlik lüks taksilər

Bakıda 100 minlik lüks taksilər
  24 Aprel 2015    Oxunub:6114
Dünyanın populyar taksi və xüsusi avtomobil çağırma (şəxsi sürücü) xidməti Uber Azərbaycanda xidmət göstərməyə başlayıb.
AzVision.az-ın məlumatına görə, şirkət Bakı şəhərində müştərilərinə lüks və biznes klass avtomobilləri təqdim edir.

Taksi kimi fəaliyyət göstərən avtomobillərin qiyməti 100, 150 min civarına qədər dəyişir.

Qiymətlər isə aşağıdakı kimidir:

Avtomobilin sifariş edilməsi: 2 AZN

-Bir kilometri: 0.90 AZN

-Gözləməyin bir dəqiqəsi: 0.20 AZN

-Minimal qiymət: 5.00 AZN

Qeyd edək ki, bu taksi xidməti dünyanın 57 ölkəsində və 300-dən çox şəhərində xidmət göstərir.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti