Silah embarqosuna düzəlişlər ediləcək

Silah embarqosuna düzəlişlər ediləcək
  27 May 2013    Oxunub:1736
Avropa Birliyinin (AB) xarici işlər nazirləri Suriyaya qarşı qoyulan silah embarqosuna düzəlişlər edilməsi barədə müzakirələr aparır.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, İngiltərə və Fransa Suriya üsyançılarına silahla yardım etmək üçün ölkəyə qarşı silah embarqosunun yumuşaldılmasını istəmişdi.

Brüsseldə keçirilən görüşdə İngiltərənin xarici işlər naziri Vilyam Heyq bildirib ki, silah embarqosunun müddəti mayın 31-də bitir. O, həmçinin Suriya üsyançılarına silah göndərmək üçün həmin sənəddə düzəliş edilməsini istədiyini vurğulayıb.

Bəzi AB ölkələri – Avstriya, Çexiya, Niderland, Finlandiya və İsveç sənəddə düzəliş edilməsinə qarşı çıxıblar. Avstriya mənbəsinə görə, müharibə zonasına silahların göndərilməsi AB siyasətini özünə qarşı çevirə bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti