Hollivud aktrisası şahzadəyə “yox” dedi - FOTOLAR

Hollivud aktrisası şahzadəyə “yox” dedi - FOTOLAR
  29 Aprel 2015    Oxunub:7467
Məşhur Hollivud ulduzu Cennifer Lourens Böyük Britaniya şahzadəsi Harrinin görüş barədə təklifini rədd edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən 30 yaşlı şahzadə Harri vasitəçilərinin yardımı ilə 24 yaşlı aktrisanı Kensinqton sarayında görüşə dəvət edib.
Lorens isə şahzadənin təklifini qəbul etməyib.

Lourensin pərəstişkarları isə iki cəbhəyə bölünüb: Onların bir hissəsi Cenniferin ulduz xəstələyindən əziyyət çəkdiyini, digərləri isə aktrisanı öz “boyfriend”i, musiqiçi Kris Martina sadiq qalmasına görə alqışlayıblar.

Şahzadənin aktrisanın bu cavabına necə reaksiya verməsi barədə məlumat verilmir.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti