Lotereyada yeni qaydalar

Lotereyada yeni qaydalar
  27 May 2013    Oxunub:1330
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə Azərbaycanda lotereyaların təşkilinin və keçirilməsinin yeni qaydaları təsdiqlənib.

Bu barədə komitənin saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda deyilir ki, yeni qaydalar lotereya təşkilatçısı tərəfindən lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) təşkili, keçirilməsi, məlumatların açıqlanması və hesabatların QKDK-ya təqdim edilməsi proseslərini tənzimləyir:

"Həmçinin, qaydalarda lotereya biletlərinin elektron formada satılması üzrə tələblər müəyyən edilmiş, habelə elektron nəzarətin həyata keçirilməsi mexanizmləri öz əksini tapıb".


Teqlər:  





Xəbər lenti