Dünyanın arzuladığı xanımlar - SİYAHI

Dünyanın arzuladığı xanımlar - SİYAHI
  01 May 2015    Oxunub:4385
Dünyanın ən çox arzulanan qadınlarının son siyahısı hazırlanıb.
Bu dəfə FHM jurnalı siyahı tərtib edib. Amerikanın əyləncə jurnalı FHM 1985-ci ildən dərc olunur. Çapa buraxıldıqdan 10 il sonra ən çox arzulanan xanımların siyahısını dərc etməyə başlayıb.

Müxtəlif illərdə bu siyahıya Klaudiya Şifer, Cilisn Anderson, Teri Xetçer, Cenni Makkarti, Sara Qellar, Cenifer Lopes, Anna Kurnikova, Xelli Berri, Britni Spirs, Skarlet Yohanson, Cessika Alba, Meqan Foks, Şeril Koul, Rouzi Hantinqton-Uaytli, Tulisa Kontostavlos və Mila Kulis başçılıq edib.

Bu il artıq "People" jurnalı aktrisa Sandra Bulloku zərif cinsin dünyanın ən gözəl nümayəndəsi elan etmişdi.

Siyahıya 27 yaşlı aktrisa Mişel Kiqan başçılıq edir. Kiqan 2008-ci ildən 2014-cü ilədək çəkildiyi "Tacqoyma mərasimi küçəsi" Britaniya teleserialı ilə tanınıb sevilib.

İkinci yerdə model Kandall Cenner qərarlaşıb

Aktrisa Ceniffer Lourens üçüncü yerdədir

22 yaşlı model Keyt Apton dördüncü yerdə qərarlaşıb

Teleaparıcı Karolayn Flek ən çox arzulanan beşinci qadındır

Altıncı yerə 21 yaşlı müğənni Ariana Qrande sahiblənib

Aktrisa Marqo Robbi yeddinci yerdədir

Teleulduz Lüsi Meklenburq səkkizinci yerlə kifayətlənib

Aktrisa Emiliya Klark doqquzuncudur

Top onluğun sonuncusu 35 yaşlı model Kelli Brukdur


Teqlər:





Xəbər lenti