“Regionda gizli proseslər gedir”
“ Regionda gizli proseslər gedir. Bu proseslərdə iştirak edən ölkələr arasında ötən ilin noyabrında geosiyasi mesajlar irəli sürən Türkiyə də var”- deyə Səfəryan cari ilin payızında istifadəyə veriləcəyi gözlənilən Bakı-Tbilisi-Qars dəmir yoluna eyham vurub.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi brifinq zamanı Rusiyanın xarici işlər naziri Serqey Lavrov Dağlıq Qarabağla bağlı status-kvonun qəbuledilməz olduğunu vurğulamışdı. Bu da təbii ki, Ermənistanın ciddi narazılığına səbəb olmuşdu.
Bundan sonra, AŞPA-nın Monitorinq Komissiyasının Tallində “Dondurulmuş münaqişələr” mövzusunda təşkil etdiyi dinləmələr zamanı Beynəlxalq Böhran qrupunun Avropa proqramları üzrə keçmiş direktoru Sabina Freyzer və digər iki avropalı ekspert Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun mandatından çıxarılmasının tərəfdarı olduğunu bildiriblər.
“Ötən ilin noyabrında Türkiyə, düşünülmüş şəkildə Ermənistanın Bakı-Tbilisi-Qars layihəsini təklif etdi, əvəzində isə Ermənistandan Qarabağ məsələsinin həllini tələb etdi. O ki qaldı Azərbaycana, bu ölkənin Rusiyada kifayət qədər ağır çəkisi var. Buna görə də Rusiya status-kvonun dəyişdirilməsində maraqlıdır”-deyə Səfəryan Ermənistanın ən yaxın müttəfiqi olan Rusiyanı itirmək qorxusunu gizlədə bilməyib.
Səbinə Həsənova
AzVision.az