Etirazçılar Frankfurt aeroportunu bağlayıb

Etirazçılar Frankfurt aeroportunu bağlayıb
  28 May 2013    Oxunub:1609
Haqqin.az saytinin redaktoru Eynulla Fətullayev Almaniya hökumətinin sosial siyasətinə və insan hüquqlarının pozulmasına qarşı kütləvi etiraz aksiyasının keçiriləcəyi Frankfurta gedib. Onun verdiyi xəbərə görə, Frankfurtda minlərlə alman aeroportu bağlayaraq, kütləvi etiraz aksiyası keçirir.

“Mən alman cəmiyyətinin öz hökumətinin yürütdüyü siyasətindən narazılığına təəccüblənmişəm. Bugünkü aksiyada kifayət qədər təmin edilmiş orta sinfin nümayəndələri və Merkelin dövründə hüquqlarından narazı olan insanlar iştirak edirlər. Əllərində bayraqlarla minlərlə insan aeroportda diskriminasiya siyasətinə son qoymağa, ölkə vətəndaşlarına qarşı şovinist siyasət və etinasız münasibətdən əl çəkməyə çağırıblar. İnsanlar “Merkel bundan sonra düşünürsən ki biz sənə səs verəcəyik?” şüarları səsləndiriblər”,- deyə Fətullayev bildirib.

Onun sözlərinə görə, bu dəfə polis təmkinli davranıb. Yerli vəkillər mitinq edənlərin sosial tərkibini izah edərkən, onların məhz orta sinfin nümayəndələri olduğu qənaətinə gəliblər. Onlara isə əl qaldırmaq o qədər də asan deyil. Hərçənd polis bu gün mitinq vaxtı öz hüquqlarını tələb edən meksikalı emiqrant qrupunu saxlayıb. Onlara divan tutmaq varlı almanlarla müqayisədə daha asandır.

“Etirazçılar Merkelin bacarıqsız siyasəti nəticəsində genişlənən korrupsiyaya qarşı hiddətlərini açıq şəkildə ifadə ediblər. Bugünkü mitinq – ilk qaranquşdur. Sabah yerli vaxtla saat 11:15-ə daha bir mitinq təyin olunub. Frankfurt sakinləri maliyyə elitası olan “yaşıllara” qarşı etiraz edəcəklər. Mitinqin sonuna yaxın iki polis mənə yaxınlaşaraq nə üçün şəkil çəkdiyimi soruşdu, mən isə - jurnalistəm öz vəzifəmə görə polislərin fotolarını çəkirəm – deyə cavab verdim”,- Fətullayev bildirib

AzVision.az


Teqlər:  





Xəbər lenti