Fransada 350-dən çox etirazçı saxlanıldı

Fransada 350-dən çox etirazçı saxlanıldı
  28 May 2013    Oxunub:1434
Fransanın paytaxtı Parisdə eynicinslilərin nikahının qanuniləşdirilməsindən sonra aksiya keçirilib. Fransa polisi 350-dən çox etirazçını saxlayıb.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, etiraz zamanı 36 nəfər yüngül xəsarət alıb. Əvvəlki məlumata əsasən 293 nəfər saxlanılmışdı. 250 nəfərin isə hazırda həbsdə olduğu bildirilib.

Eynicinslilərin nikahı və onlara övladlığa uşaq götürməyə icazə verən qanuna qarşı kütləvi aksiya Parisdə keçirilib. Polisin məlumatına görə aksiyada - 150 min, təşkilatçılara görə - 1 milyondan çox insan iştirak edib. Aksiyanın sonunda 200-300 qrup gənc şüarlar səsləndirib və polisləri daşa basıblar. Polis isə izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti